Sərhədi pozan iki iranlı tutulubbackend

Sərhədi pozan iki iranlı tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DSX-nın mətbuat xidmtindən İnterpress.az-a verilən xəbərə görə, 12.04.2017-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­ində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Bundan başqa 13.04.2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əmək­daşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterpress.az