“Məni və anamı dəfələrlə döyüb” – Qardaşı qızını qaçıran əmi – VİDEObackend

“Məni və anamı dəfələrlə döyüb” – Qardaşı qızını qaçıran əmi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, istipress-ə danışan H. Səfərov haqqında deyilənlərin hamısının yalan olduğunu deyib. O, 6 il əvvəl tanışlıq yolu ilə Həmidə ilə ailə həyatı qurduğunu bildirib. Həsənin iddialarına görə, onların tanışlığı və evlənməyi qarşı tərəfin təkidi ilə bir göz qırpımında olub. Ailə həyatlarının ilk günlərindən həyat yoldaşı Həsənə hətta fiziki güc tətbiq edib. Amma onlar birgə yaşamağa davam ediblər.

Evliliklərinin 3-cü ilində övladları olmadığına görə həkimə müraciət ediblər. Həkim bildirib ki, Həsən Səfərovun övladının olması mümkün deyil. Süni mayalanma ilə əkiz qız uşaqları dünyaya gəlib. Bundan sonra Həsənin ailə həyatı daha dözülməz olub. Özünün dediyinə görə, həyat yoldaşı onunla bərabər anasını da dəfələrlə döyüb. Bu davaların sonunda Həmidə xanım Beyləqana anasıgilə gedib. Sonradan onlar yenə barışıblar.

Həsən Səfərovun iddiasına görə, bu get-gəllər zamanı həyat yoldaşı ona müxtəlif şəxslərlə, hətta dostu ilə xəyanət edib. Ona görə də sonuncu övladlarının özündən olmasına inanmır və onu övladı kimi qəbul etmir.

Bu ilin mart ayında isə ailənin mübahisəsi Həsən Səfərovun evi tərk etməsi ilə nəticələnib. Həmidə Səfərova isə bu vaxt Həsəni öz qardaşı qızı ilə evdən qaçmaqda ittiham edib. Amma qarşı tərəf bunun yalan olduğunu, həmin gün yalnız qardaşı qızını qardaşı oğlu ilə birgə Bakıya yola saldığını deyir.

Həmidə Səfərova isə həyat yoldaşının onun xəyanəti ilə bağlı iddialarının ağ yalan, böhtan olduğunu bildirib. Bundan sonra hər iki tərəfin telefonda bir-birinə qarşılıqlı ittihamlar irəli sürüblər. Sonda isə cütlük artıq bir-birinə tab gətirmədiklərini bildirərək boşanmaq istədiklərini deyiblər.

Həsən Səfərovun müsahibəsini və Həmidə xanımla telefon əlaqəsi zamanı ittiham və qərarlarını təqdim edirik:

İnterpress.az