Borca düşən biznesmen intihar etdibackend

Borca düşən biznesmen intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Abşeron Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış zamanı onun intihardan əvvəl məktub yazıb qoyduğunu müəyyən ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və “Eurohome” tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış. (report)

İnterpress.az