Şamaxıda bankomat soyub Rusiyaya qaçmışdı- 8 il cəza aldıbackend

Şamaxıda bankomat soyub Rusiyaya qaçmışdı- 8 il cəza aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Atayev Saleh Məhəmməd oğlunun cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

Prokuror bildirib ki, məhkəmə istintaqı dövründə S.Atayevin əməli sübuta yetirilib. Prokuror təqsirləndirilən şəxsin 9 il çüddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili isə çıxışında bildirib ki, hüquqlarını çüdsfiə etdiyi şəxs törətdiyi əməlindən peşiman olduğunu etiraf edib. Vəkil S.Atayevin subay olmasını, ilk cinayət əməli olmasını, dəymiş zərərin ödənilməsimi nəzərə alaraq ona yüngül cəza verilməsini istəyib.

Müşavirədən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə S.Atayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Oğurluq hadisəsi ötən il noyabrın 16-da Şamaxıda baş verib. Bir qrup şəxs rayonun Göylər kəndindəki mağazada olan bankomatdan pul oğurlayıblar.

Onlar əvvəlcə mağazanın şüşəsini sındıraraq içəri daxil olublar. Daha sonra bankomatın içərisində olan
56 min manatı aparıblar. Oğurluq hafisəsini törədən digər şəxslər də saxlanılıb.

Saleh Atayev hadisədən sonra Rusiyada qaçıb. O, axtarışa verilib. Bir neçə gün sonra Rusiyada tutularaq Azərbaycana göndərilib.

Qeyd edək ki, S.Atayev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda zoyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib. (musavat)

İnterpress.az