Məhəbbətin dərmanı tapılıb?backend

Məhəbbətin dərmanı tapılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşılıqsız sevginin dərmanı tapılıb?
\”The Metro\” qəzeti yazır ki, səni sevməyən birisinə aşiq olmaq özünü odlara atmaq kimidir, amma bir alim deyəsən, bu dərdin də dərmanını tapmağa çox yaxınlaşıb.
Doktor Anders Sandberg Oxford Universitetində hesablama neyrobioluqudur və iddia edir ki, insanların aşiq olmaq xüsusiyyəti insan körpələrinin tamamilə köməksiz olması ilə bağlıdır.
O izah edir ki, məsələn, atın balası doğulan kimi dörd ayağı üstündə dayanır, amma insanın körpəsi tamamilə acizdir.
\”Məhz buna görə də təkamül baxımından insanlar övladlarının sağ qalması naminə bir yerdə yaşamağa məcburdurlar, – deyib alim, – İki nəfərdən ibarət sistem oyunu da burdan qaynaqlanır\”.
Aşiq olmaq və ya vurulmaq sadəcə olaraq beynin dopamin sisteminin oksitosin və vazopressin maddələrini istehsal etməsi nəticəsində yaranır. Bu bir növ stimulyator, dopinq və ya coşdurucu qəbul etmək kimidir.
Buna görə də doktor Sandberg inanır ki, gələcəkdə sevgi iksirini hazırlamaq mümkün olacaq. Onun fikrincə buna oksitosin, vazopressin və CPH maddəsini (karboksipeptidaza) qarışdırmaqla nail olmaq mümkündür.
Bundan sonra bu qarışıq beynin lazımi nahiyəsini təsirləndirməlidir. Bu zaman beynin alın payında gedən təbii proses imitasiya olunacaq. Müəyyən bir kəslə birlikdə olmaq istəyimiz məhz burada formalaşır.
Doktor Sanders deyir ki, elmi tədqiqatın hazırkı surətini nəzərə aldıqda \”sevgi iksirinin\” qarşıdan gələn on ildə hazır olacağını söyləmək olar.
Lakin buradan belə bir ziddiyyət də ortaya çıxa bilər ki, sizi sevməyən bir adama sevgi iksiri içirtməyiniz hüquqi baxımdan zorlama kimi də qiymətləndirilə bilər.
Doktor Sanders deyir ki, o məsələyə əks tərəfdən baxır. O düşünür ki, bu iksir iki insan arasında münasibətlərin başlanğıcı üçün yox, əksinə, artıq mövcud olan birgəliyin davam etdirilməsi üçün daha çox lazımdır.
\”Məsələn bir adamı əvvəlcə sevirsiniz, amma zaman geçdikcə bu məhəbbət öləziyə bilər, – deyir Sandberg, – Sevgi iksiri bizə ölməkdə olan məhəbbətimizi diriltmək üçün zəruridir\”. (bbc)

İnterpress.az