Britaniya vətəndaşlığından çıxmağa kütləvi axın varbackend

Britaniya vətəndaşlığından çıxmağa kütləvi axın var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, \”The İndependent\” yazır ki, Britaniyada bu ölkənin vətəndaşlığından könüllü imtina etmək istəyənlərin sayı sürətlə artır.
Bunlar Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından – yəni Brexitdən narazı olaraq İrlandiya pasportları üçün müraciət edənlərdir.
Məqalədə deyilir ki, İrlandiya Xarici İşlər Nazirliyi 2017-ci ilin birinci rübü ərzində Böyük Brityaniya və Şimali İrlandiyadan vətəndaşlıq üçün 51 min 79 müraciət ərizəsi alıb.
Ötən ilin müvafiq dövründə belələrinin sayı 30 min 303 idi. Bu isə o deməkdir ki, Britaniyanı tərk edərək İrlandiya Respublikasına vətəndaş olmaq istəyənlərin sayı bir ildə 69 faiz artıb.
İrlandiya ümumilikdə bütün dünyadan həmin dövr ərzində 250 min pasport müraciəti alıb.
İrlaniya Respublikasının xarici işlər naziri Charlie Flanagan deyib ki, kütləvi müraciətlərin arxasındakı əsas faktor Brexit-dir.
Nazir güman edir ki, müraciət edənlərin arasında irland köklərinə malik olanlar da az deyil və onların böyük bir hissəsi Avropa İttifaqının vətəndaşları olaraq qalmaq istəyir.
O həmçinin deyib ki, ötən il 733 min adama İrlandiya pasportu verilib. Bu 2015-ci ildən bəri 42 faiz artım deməkidir.
Maraqlıdır ki, İrlandiya pasportu üçün müraciət edənlərin arasında 10-dan çox Britaniya millət vəkili də var.
Cənab Flanagan deyir ki, o Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasından narahatdır, çünki bu irlandlarla britaniyalılar arasında imzalanmış Mübarək Cümə sazişini təhlükə altında qoya bilər. Bu sazişə əsasən Şimali İrlandiyanın 1, 8 milyonluq əhalisinin İrlandiya Respublikasının və Avropa İttifaqının vətəndaşı olmaq hüququ var. (bbc)

İnterpress.az