Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdıbackend

Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, aprelin 15-də İmişli şəhəri “Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir :red) toydan sonra evdən qaçıb.

Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilir. Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hazırda toyu günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktı İmişli polisi də təsdiqləyib.

İnterpress.az