Qəzada yanaraq ölən 3 nəfərdən biri Akif Çovdarovdan zərərçəkən imişbackend

Qəzada yanaraq ölən 3 nəfərdən biri Akif Çovdarovdan zərərçəkən imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün Akif Çovdarovun cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində məlum olub ki, 3 gün əvvəl Bakıda baş verən dəhşətli qəzada yanaraq ölən 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biri olub.

İstintaq matreallarında mərhum G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü vəzifəsində çalışdığı qeyd edilir və onun özü də zərərçəkmiş kimi tanınıb.

Mərhum F.Quliyev aprelin 12-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə zərərçəkmiş kimi ifadə verib.

Ötən proseslərdə qeyd etmişdik ki, F.Quliyev dindirilərkən istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib.

O bildirib ki, 2015-ci ildə N.Orucovu haxırda həbsdə olan iş adamı İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün sərbəst buraxıldığını bildirib.

Xayırladaq ki, Quliyevin dünyasını dəyişdiyi dəhşətli qəza aprelin 14-də saat 8:00 radələrində Suraxanı rayonu ərazisində – Zığ-aeroport yolunda baş verib.

Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər. (musavat)

İnterpress.az