“Ərdoğan özünü mahir siyasətçi kimi göstərərsə…”backend

“Ərdoğan özünü mahir siyasətçi kimi göstərərsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Türkiyədə keçirilmiş referendum nəticələrini şərh edərək bildirib.

Ekspert bildirib ki, kiçik faiz fərqi ilə minimal üstünlük əldə olunub: \”Türkiyə cəmiyyətinin iki hissəyə bölündüyünü söyləmək olar. Əhalinin yarısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin gücləndirilməsinin lehinə, digər yarısı əleyhinə səs verdi. Bunun nəticəsində Türkiyədə iğtişaşların baş verməsini istəməzdim. Bu isə tamamilə mümkündür\”.

Y.Mixaylovun sözlərinə görə, hazırda hər şey Ərdoğanın siyasi fəaliyyətindən asılı olacaq: \”Türkiyədə siyasi proseslər, demək olar hüdudsuz səlahiyyət qazanmasından sonra Ərdoğanın özünü necə aparacağından asılıdır. Əgər müəyyən həddləri keçərsə, daxili ədavət qaçılmaz olacaq. Özünü istənilən siyasi qüvvələrlə anlaşa bilən mahir siyasətçi kimi göstərərsə, o zaman Türkiyə bütün xalqın birliyi şəraitində güclənə bilər. Ümumilikdə isə hər şeyi zaman göstərəcək. İndi isə dünya ictimaiyyətinin reaksiyalarını və referendumun nəticəsi ilə razılaşmayan şəxslərin fəaliyyətini müşahidə edəcəyik”.

İnterpress.az