Yunus Əmrənin məzarı tapıldı — VİDEObackend

Yunus Əmrənin məzarı tapıldı — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ARB Şəki-yə istinadən xəbər verir ki, Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilirdi.

Söylənilir ki, Yunus Əmrə bir neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. 2010-cu ildə Türkiyənin o vaxtki prezidenti Abdullah Gül də məzarı ziyarət etmək üçün bura səfər edib.

Yunus Əmrə və mürşidi Hacı Tapdıq Oncallı kəndində fəaliyyət göstərdikləri dövrlərdə nüfuz sahibi olub, hər kəs tərəfindən hörmət qazanıblar. Onlar sanki öləcəklərini əvvəlcədən bilirdilər. Oncallı kəndində xəstəlik yayılır və insanların kütləvi qırılması baş verir. Bunu görən Yunus Əmrə və mürşidi məzarlıqda yerin qalmayacağın görərək, əvvəlcədən özlərinə yer seçirlər.

İnterpress.az