“Türkiyə xalqı həmişə düzgün seçim edib”backend

“Türkiyə xalqı həmişə düzgün seçim edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında millət vəkili, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Türkiyədə keçirilən Konstitusiya dəyişikliyini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə xalqı həmişə düzgün seçim edib:

Və bunu tarix sübut edib. İlk növbədə qarşıya çıxan problemləri operativ həll edəcək, əngəllər aradan qaldırılacaq. İkincisi, Türkiyənin strateji inkişaf xəttləri dövlət başçısının 5 il ciddi nəzarəti altında olacaq. Türkiyənin Ali İcra Hakimiyyəti artıq siyası təlatümlərdən asılı olmayacaq. Çünki parlamentdə tərkib dəyişdikcə, artıq hökümət zəifləyir. Amma bu halda seçiçi tərəfindən seçilən prezident 5 il öz siyasi xəttini həyata keçirmək hüququna malik olur. Höküməti bildiyi kimi formalaşdırır. Türkiyə yeni modellə qarşıda duran məsələləri həll etməyə çalışır. 100 illik cümhuriyyət tarixində tamam yeni bir səhifədir.

Aydın Mirzəzadə bildirib ki, hüquqda əyalət, paytaxt sevgisi yoxdur:

Bütün seçicilərin statusu bərabərdir. Və Türkiyədə səhv etmirəmsə 50 milyona qədər, yəni seçicinin 51%-i onu qəbuluna səs verib. Zaman bu yeni sistemin nə dərəcədə düzgün olacağını göstərəcək. Hesab edirəm ki, Türkiyə öz qarşısına qoyduğu naliyyətlərə nail ola biləcək. Burada hər hansı bir qüsur axtarmaq düzgün deyil. O başqa məsələ ki, hakimiyyət yeni sistemin əlehinə səs verən 48 % seçicinin də maraqlarını nəzərə almalı və onunla işləməlidir. Burada bir məqam var. Həmin o 48% AKP-nin və Prezident Ərdoğanın əlehinə olan insanlar deyil. Onlar sadəcə olaraq, Türkiyənin problemlərinin əvvəlki üsulidarə ilə həll edilməsinin mümkünlüyünü qəbul edir. Bu baxımdan bunu Ərdoğana etimadsızlıq kimi qəbul etmək düzgün deyil. Ərdoğan sonuncu 10 illiklərdə Türkiyənin ən nifuzlu siyası xadimlərindən biri kimi adını tarixə yazdı.

Aydın Mirzəzadə qeyd edib ki, Türkiyədə ordunun səlahiyyətləri məhkəmələrlə ölçülmür:

Hərbi qulluqçuların hansı məhkəmədə işinə baxılması hər ölkənin özünün seçimidir. Bu baxımdan ordunun üzərinə düşən əsas vəzifə ölkənin ərazi bütövlüyünü qorumaqdır. Türkiyə silahlı qüvvələrinin isə bu məsələdə kifayyət qədər böyük təcrübələri var.

İnterpress.az