Gömrükdə 18 minlik dollar əməliyyatıbackend

Gömrükdə 18 minlik dollar əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının əşyaları və gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Təkrar yoxlama zamanı vətəndaşın gödəkçəsinin və çexolun içərisində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az