“Antisiqaret kampaniyası məmurlardan başlamalıdır”backend

“Antisiqaret kampaniyası məmurlardan başlamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Musata ölkə prezidenti İlham Əliyev Yevlaxdakı müşavirədə “mən özüm siqaret çəkmirəm və heç kəsə də məsləhət görmürəm” çıxışını şərh edərkən deyib. O, siqaretə qarşı allergiyası və düşmənçiliyi olan bir Azərbaycan vətəndaşı kimi bu çağırışı ikiəlli dəstəklədiyini bildirib:

Antisiqaret kampaniyasını, bilirsiniz, kimdən başlamaq lazımdır? Prezidentin komandasında olan məmurlardan. Ardınca Yeni Azərbaycan Partiyası üzvləri bu tezisləri dəstəkləməli və əməli fəaliyyətdə bunu göstərməlidirlər. Sonra digər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, məktəblər və xəstəxanalar siqareti tərgitmək kampaniyasına qoşulmalıdır. Hər vaxt kampaniyaçılığın əleyhinə olsam da, bu məsələdə mütləq cəmiyyətin total şəkildə rol almasını zəruri hesab edirəm. Hər dəfə çıxış edib vurğulayırlar ki, ölkə prezidentini özləri üçün örnək hesab edirlər. Buyurun, prezident siqaretə qarşı mənfi münasibətinə reaksiyanızı ortaya qoydu, siz də onun bu addımını təqdirlə qarşıladığınızı əməli şəkildə göstərin.

Fazil Mustafa siqaretin həqiqətən də millətimizin gələcəyi üçün ciddi bir təhlükə olduğunu vurğulayıb:

Narkomaniya da, alkoqolizm də, psixi, onkoloji xəstəliklərin xeyli hissəsi də məhz bu pis vərdişdən sonra yaranır. Üstəlik cibinizin pulunu da bu mənasız vərdiş xeyli azaldır. Qanunla ictimai yerlərdə siqaretin çəkiliş imkanlarını nə qədər məhdudlaşdırsaq da, xalqımız qanundan çox qaydalara, vərdişlərə əhəmiyyət verdiyindən bu pis xəstəliyin kökünü kəsmək xeyli çətin olcaq. Hamı ən azı özünə yaxın çevrədə yaxşıya doğru kiçicik bir davranış sərgiləyərsə, siqaretdən imtina kampaniyasında müsbət nəticələr əldə etmək mümkündür.

Azərbaycan prezidenti İlham Əliyev Yevlaxda keçirilən respublika müşavirəsində siqaret çəkməyin çox pis vərdiş olduğunu bildirib: \”Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq.\”

İnterpress.az