Sarkisyan Oskanyandan qisas alır – Oğlu həbsdə qalacaqbackend

Sarkisyan Oskanyandan qisas alır – Oğlu həbsdə qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzVision.az-a istinadən xəbər verir ki, gözlənilən baş vermədiyindən Oskanyanın oğlu hələ də həbsdədir, Sarkisyan rejimi onu həbsdən buraxmaq niyyətində deyil.

Xatırladaq ki, 16 fevral tarixində Leninqradyan küçəsində yerləşən “Roberto” mağazasının yanında Berberyana qarşı zor tətbiq edərək, onu Abovyan şəhərinə aparıblar. Hər iki şəxs Berberyanı hədələyərək 1,5 mln. dram məbləğində borcun qaytarılmasını tələb edib. Nəticədə Oskanyanın oğlu adam oğurluğunda ittiham edilərək həbs olunub.

Məlumata görə, Oskanyanın həyat yoldaşı Nanu Oskanyan şikayətin geri götürülməsi üçün zərərçəkəni ziyarət edib və ona pul təklif edib. Bununla belə Oskanyanın seçkilərdə məğlub olması onun oğlunun hələ də həbsdə qalacağına, işinin bağlı saxlanılacağına işarə edir.

İnterpress.az