Təzyiqi dərmansız salınbackend

Təzyiqi dərmansız salın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu səbəbdən insan təzyiqinə daim nəzarət etməli və təzyiqi normada saxlamağa çalışmalıdır. Adətən təzyiqi normada saxlamaq üçün xüsusi dərman preparatları istifadə olunur. Lakin mütəxəssislər sübut edir ki, bəzi çox sadə qaydalara riayət etməklə təzyiqi dərmansız da tənzimləmək mümkündür.

Bu üsullar arasında:

– Arıqlamaq. Bədən çəkisinin hətta 1 kq azalması təzyiqin azalmasına kömək edir.

– Duzun qəbulunu azaltmaq. Duz insan orqanizmi üçün çox vacibdir və duzdan tam imtina etmək olmaz. Son araşdırmalar aşkar edib ki, duzdan tam imtina hətta insanın ölümünə səbəb ola bilər. Lakin həddindən artıq miqdarda duzun qəbulu orqanizmdə mayenin çıxmasına mane olur ki, nəticədə orqanizmdə mayenin həcmi artır. Bu isə təzyiqin artmasına səbəb olur.

– İdmanla məşğul olmaq. Mütəxəssislər sübut edir ki, həftədə 5 dəfə 30 dəqiqə ərzində bədən tərbiyəsi ilə və hətta tez yerişlə məşğul olan insanın təzyiqi 10 mm.c.st. düşür.

İnterpress.az