Nabranda oğurluq edən şəxslər saxlanılıb – VİDEObackend

Nabranda oğurluq edən şəxslər saxlanılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB Şimal xəbər verir ki, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakinləri 24 yaşlı Xanməhəmmədov Taleh Ömər oğlu və 18 yaşlı Quliyev Aqşin Azər oğlu saxlanılıb.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onların Xaçmaz rayonu, Nabran kəndində Kamilov Eynulla Camal oğluna məxsus evdən 100 manat dəyərində bir ədəd ütü, iki ədəd çaxır və bir ədəd şampan içkisini oğurladığı aşkar edilib.

Taleh Xanməhəmmədov – Saxlanılan şəxs: “Nabrandan oğurluq etdik. Nənəm xəstə olduğu üçün, müalicəsi üçün məcbur idim”.

Bundan başqa bu iki şəxsin qabaqcadan əlbir olaraq Nabranda Cəfərov Orxan Tahir oğluna məxsus evdən hər biri 70 manat olmaqla 6 ədəd elektrik qızdırıcısını və 50 manat qiyməti olan peyk antenasına aid bir ədəd aparatı oğurlayıb. Vətəndaşa ümumilikdə 470 manat dəyərində ziyan vurulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İnterpress.az