Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


AzTV-nin əməkdaşlarına tənbeh verildi - Cibuti xalqını ələ salıblar

AZTV-nin iki əməkdaşının Cibutidən paylaşdığı video bir müddətdir ki sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Dərc edilib: 19 aprel 2017 [15:22]
Baxış sayı: 240

İnterpress.az xəbər verir ki, belə ki, prezident İlham Əliyevin tapşırığına əsasən, aprelin 10-da Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibutiyə humanitar yardım göndərib. Yardımı işıqlandırmaq üçün AZTV əməkdaşları da sözügedən ölkədə olub. Ancaq çəkilişi həyata keçirən operator Namiq Vəliyev və “İdman Azərbaycan” kanalının proqram direktoru Tural Həmidzadə sosial şəbəkədə paylaşdığı videoda Cibuti xalqını ələ salıb. Oranı “kasıbların az olduğu” ölkə kimi dəyərləndirib. Bu cür dəyərləndirmə isə videonu sosial şəbəkədə paylaşanların narazılığına səbəb olub.

“Qafqazinfo” məsələ ilə bağlı dövlət televiziyasının Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, sözügedən videodan xəbərdardırlar: “Rəhbərlik həmin şəxslərlə söhbət aparıb. Onlara ciddi şəkildə tənbeh ediliblər”. (qafqazinfo)

İnterpress.az
















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 453