İcra Hakimiyyətindən açıqlama – “Bayrağı burulğan aşırıb”backend

İcra Hakimiyyətindən açıqlama – “Bayrağı burulğan aşırıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcra başçısının müavini Nasir Muxtarlı Trend-ə açıqlamasında faktı təsdiqləyib: \”Bu gün bir neçə saat əvvəl dirək qəfildən aşdı. Bayrağı quraşdıran şirkətə bu barədə məlumat verilib və onlar hadisə yerinə baxış keçiriblər. Çünki həmin şirkət bayrağı quraşdıranda ona zəmanət verir. Bayrağı quraşdıran şirkətin mütəxəssisləri hadisənin baş vermə səbəbini araşdırır. Mütəxəssislər ilkin olaraq belə qənaətə gəlib ki, bu gün səhər saatlarında ərazidə külək burulğanı olub və bayraq dirəyi həmin burulğandan zədələnərək aşıb. Bayraq dirəyinin zədələnməsinə 3 gün əvvəl baş verən güclü külək də təsir edib\”.

N.Muxtarlı bildirib ki, artıq dirəyin bərpası ilə bağlı işlərə başlanıb, yaxın vaxtlarda bayraq yenidən ərazidə dalğalanacaq.

İnterpress.az