Deputatlara QADAĞAbackend

Deputatlara QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 7-ci (Milli Məclisin iclaslarında etik davranış qaydaları) maddəsində əksini tapıb.

Təklif olunan maddəyə əsasən, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.

Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək.

Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.

İnterpress.az