“Hədiyyənin müəyyən məbləği var”backend

“Hədiyyənin müəyyən məbləği var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı \”Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsində nəzərdə tutulan maddələri şərh edərkən deyib.

Məlahət İbrahimqızı bu yeni qanun layihəsini dəstəkləyəcəyini bildirib:

Millət vəkili Azərbaycan vətəndaşlarından biridir. Hədiyyənin müəyyən məbləği var. Hesab edirəm ki, orada göstərilənlər vacib maddələrdir. Qanun layihəsində nəzərdə tutulanlar bütövlükdə millət vəkillərinin davranışının tərkibi olmalıdır. Hər bir millət vəkillinin seçici dairəsi var. Həmin dairədə də ən azı 40 min seçici var. Millət vəkili eyni zamanda tək seçildiyi dairəni əhatə etmir. Ölkənin hər bir yerində o, millət vəkili sayılır. Ona görə də millət vəkili hər bir davranışında incəliklərə əməl etməlidir.

Məlahət İbrahimqızının fikirincə, millət vəkilinin davranışı seçildiyi dairə ilə yanaşı cəmiyyətə də təsir edir:

Millət vəkillərinin özü davranışı, insanlara münasibəti ilə nümunə olmalıdır. Hər bir insanın çatışmazlığı var. Amma o çatışmazlıq ictimayi yüklü olmamalıdır. İctimaiyyət və ətraf üçün problem yaratmamalıdır. Onun davranışında catışmazlıq, yaxud da bir boşluq varsa, ictimaiyyət üçün görünməməlidir.

Milli Məclisdə \”Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi müzakirə olunacaq. 13 maddədən ibarət qanun layihəsində deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.

İnterpress.az