Lift idarəsinin rəisi qızına etdiyi 400 minlik toydan danışdı…backend

Lift idarəsinin rəisi qızına etdiyi 400 minlik toydan danışdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə gündəmin ən çox müzakirə olunan mövzularından biri də Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 min dollara başa gələn toy mərasimi ilə bağlıdır.

Hadisənin qəhrəmanı, yəni A.Şükürova özü artıq mediaya danışıb. O, missiya.az açıqlamasında bildirib ki, toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq “Love Story” çəkdirdiyi barədə yazılan xəbərlər əsassızdır. “Heç kim Bakıda 400 minlik toy etməz. Bu qədər pulu olan gedib başqa yerdə toy edər. Barəmdə yazılan xəbərlər yalandır. ”Love Story\”ni reklam etmək şərti ilə Fuad İsmayılov pulsuz çəkib. Düzdür, biz Maldiv adalarına bal ayına getmişik. Şəkil çəkdirmişik. Əcəb etmişik. Heç kimə dəxli yoxdur\”.

Toylarının Bakıda yerləşən “Böyük Saray” şadlıq evində olduğunu deyən Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib: “Atamın o qədər pulu yoxdur ki, getsin mənə elə bir toy etsin. Həmçinin ikinci toyum olduğu üçün mərasimi atam etməyib. Yoldaşımın birinci toyu olduğu üçün dedi ki, hər şeyi boynuma götürürəm və toyu özüm edəcəm. Mənim ailəm barədə yazılanların heç bir əsası yoxdur. Toyun keçirildiyi şadlıq evindən məlumat ala bilərsiniz. Həmin şadlıq evində nazir və digər imkanlı şəxslər övladlarına toy ediblər. Heç onlar toya iddia edilən məbləğdə pul xərcləməyiblər”.

Lift idarəsinin rəisi qızına etdiyi 400 minlik toydan danışdı...

Aysel Şükürova atası və özü barədə yayılan məlumatları keçmiş həyat yoldaşı Elşən Əsgərli ilə əlaqələndirib: “O yanır. İndiyə qədər yalnız fərziyyələr danışıb. Hazırda mənimlə bağlı yalan xəbərlər yayır. Oktay və mənim toyumla bağlı video yanvarın 21-dən ”Youtobe\”dadır. Elşən yalan faktlar əsasında yazılan 400 min dollarlıq toy məsələsini məqsədli şəkildə ortaya atıb. Elşən mənim həyat yoldaşımdan boşanmağımı istəyir. Amma o, bunu görməyəcək\”.

Lift idarəsinin rəisi qızına etdiyi 400 minlik toydan danışdı...

Keçmiş həyat yoldaşı Elşən Əsgərlinin “Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb” iddiasına da münasibət bildirən Aysel Şükürova eks-əri barədə dəhşətli faktların üstünü açıb: “Onun danışdıqları yalandır. Mən onunla Dövlət İqtisadiyyat Universitetində təhsil almışam. 2012-ci ildə ailə qurmuşam və heç 3 il evli qalmamışam. Ad günümdə məni vurdu. Elə həmin gün hər şeyə son qoydum. Atamgil onu evdən qovdular”.

Ayselin sözlərinə görə, Elşəndən əsgərlikdə olanda ayrılıb:

“O, əsgərlikdə olanda bir dəfə də zəng vurub necə olduğumu soruşmayıb. Mənimlə maraqlanmayıb. Nakotik istifadəçisidir. Hamilə olanda məni döyüb, əlimi kəsib. Bakıda yerləşən xəstəxanalardan birində qeydiyyatdayam. Əxlaqsız qadınlara pul xərcləyib və narkotik çəkirdi. Mən faktlarla danışıram. O, insanı araşdırsaz, görərsiz ki, narkoloji dispanserdə qeydiyyatdadır. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi iki dəfə onu tutub. Onun ölkədən çıxışına qadağa qoyulub. Çünki Ukraynada narkotik üstündə tutulub. Telefonunda çoxlu mesaj tutdum. İndi bilmir ki, aranı necə qızışdırsın”.

A.Şükürova keçmiş ərinin “Onun həyat yoldaşı ”Porche\” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb\” iddiasına da cavab verib: “Yalandır. Əksinə, biz Elşənə ”Porche\” almışıq. Mənim həyat yoldaşım Oktay heç kimin hesabına yaşamayıb. Hər şeyi özü edib. Amma Elşən həmişə məndən pul alıb\”. O, eks-əri barədə bir neçə faktın üstünü açıb. Ayselin sözlərinə görə, Elşən Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin qarşısında onu və həyat yoldaşını videoya çəkdiyi üçün dava düşüb…

Aysel məsələnin hüquqi çərçivədə həll ediləcəyini bildirib: “Mənim barəmdə irəli sürülən iddialar və xəbərlər namus söhbətidir. Belə qalmayacaq”.

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də “Böyük Saray”da baş tutub Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Ötən gün isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra sosial şəbəkələrdə geniş müzakirə olunub. Daha sonra keçmiş həyat yoldaşı Aysel Şükürova və onun atası Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə qalmaqallı açıqlama verib. O bildirib ki, Qüdrət Şükürov büdcədən pul mənimsəmək üçün dəstə toplayıb lift oğurlayır.

Q.Şükürov da publika.az-a açıqlamasında bu iddiaları yalanlayıb. Deyib ki, haqqında yazılanların heç biri doğru deyil: “Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O, qələt edib, yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya ”Porche\” hədiyyə etmişəm və sairə. “Porche” olsaydı, elə özüm sürərdim də! Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib…\”

Q.Şükürov MTN-nin sabiq idarə rəisi, hazırda məhkəməsi gedən Akif Çovdaovla qohumluq əlaqəsi barədə yayılan məlumatlara da cavab verib: “Akif Çovdarovla da heç bir qohumluq əlaqəm yoxdur. Ümumiyyətlə, biz bir-birimizi tanımırıq. Biz ayrı-ayrı yerlərdənik. İndi kimsə durub ağzına gələni danışır. Bizə şər atırlar. Artıq qızımgil həmin oğlanı məhkəməyə də veriblər”.

“Yeni Müsavat” isə ata-balanın toyla bağlı dedikləri məqamı araşdırmaq üçün onun keçirildiyi “Böyük Saray”dakı qiymətlərlə maraqlanıb. Şadlıq sarayından əməkdaşımıza bildirildi ki, burada 3 cür menyu var və onların da fərqli qiymətləri var. Adambaşına bir nəfərlik masanın minimal qiyməti 220 AZN-dən başlanır. Digər menyulara keçək: 250 AZN-lik və 300 AZN-lik.

Şadlıq saraylarındakı zallar böyük həcmli olduğu üçün ora 400 nəfərdən aşağı qonaq qəbul edilmir. “Böyük Saray”dan öyrəndik ki, qonaqlar daha çox 800 nəfərlik orta zalı tərcih edirlər. Amma ikinci mərtəbədə yerləşən 1620 nəfərlik zal da toy və iri mərasimlər üçün nəzərdə tutulub.

İndi gəlin elementar hesablama aparaq. Şadlıq sarayından bildirdilər ki, burada 400 nəfərdən az qonaq qəbul edilmir. Hesab edək ki, toya 400 nəfər çağırılıb və ən “ucuz” menyu olan 220 AZN-lik menyu seçilib. Bu, ev sahibinə 88.000 AZN-ə başa gəlir. Yox, əgər menyu 250 AZN-lik, qonaqların sayı isə 800 nəfərdirsə, bu, 200.000 AZN-lik xərc deməkdir. Ən maksimal həddi də hesablayaq. 300 manatlıq menyu və 1620 nəfər qonaq. Bu halda da toy sahibi şadlıq sarayına 486.000 AZN ödəməlidir. Yəni təxminən yarım milyona yaxın vəsait…

Daha bir məqam isə ondan ibarətdir ki, sözügedən qiymətlərə nə müğənni, nə də fotosessiya xərcləri daxildir. Yəni şadlıq sarayı qonaqlara və ev sahibinə ekstra hansısa xidmət təklif etmir. Bunun üçün toy sahibi əlavə pul ödəməlidir. Bu halda toyun 400 min dollara başa gəlməsi ilə bağlı deyilənlər də inandırıcıdır. Sıradan müğənnilərin belə fonoqramla yarım saat çıxış üçün 5000 AZN tələb etdiyini nəzərə alanda… bunun müğənni, gəlinlik, maşın, fotosessiya…və ağlınıza gələcək-gəlməyəcək minlərlə əlavə xərcini də hesaba qatıb, yazılanların fantaziya olmadığı qənaətinə vara bilərik.

İnterpress.az