Daha 10 bank birləşdiriləcəkbackend

Daha 10 bank birləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli bank islahatları haqda danışarkən deyib. O bildirib ki, bank sektoru iqtisadiyyatın qan-damar sistemidir:

“Hazırda bu sahədə ciddi problemlər var. Banklar kredit verə bilmir, yaxud verdiyi krediti geri yığa bilmir. Bununla da iqtisadi aktivlik aşağı səviyyəyə düşür.

Devalivasiyadan sonra daha çox itkilərə məruz qalan biznes sahəsi banklardır. Məzənnənin oynaması bank sektorunda problemləri daha da dərinləşdirir. Buna qədər bankların möhkəm və sabit xarici öhdəlikləri var idi. İqtisadiyyat 1 dolların 78 qəpik olmasına uyğunlaşmışdı. Nəticədə son iki ildə insanların kreditə olan marağı sürətlə artmağa başlamışdı. Ölkədə təxminən 2 milyon 200 minə yaxın vətəndaşın kredit dövriyyəsi var idi. Devalivasiyadan sonra xarici borcların artması bankların çökməsinə səbəb oldu.

Keçən il bankların sağlamlaşdırılması və dayanıqlığının artırılması üçün ciddi addımlar atılaraq bir neçə bank bağlanıldı. Amma bu proses çox çəkmədi. Çünki ard-arda bir neçə bankın bağlanılması panikaya səbəb olmuşdu. Sağlam bankların müştəriləri bundan narahat olaraq depozitlərini geri çəkməyə başlamışdılar. Bu da ümumi bank sisteminə ciddi zərbələr vururdu.

Banklar birləşirsə, onlar həm güclərini, həm də xarici öhdəliklərini birləşdirmiş olurlar. Bu, iqtisadiyyat üçün uğurlu addımdır. Bunun bank sektorunda panika yaratmaması üçün ciddi nəzarət lazımdır. Əsas problem aktiv və passivlərin idarə olunmasıdır.

Hökumətin və Mərkəzi Bankın banklara dəstək proqramını daha uzaltmaq olmaz”.

Qeyd edək ki, dünən “Caspian Development Bank” ləğv olunaraq “Atabank\”a birləşdirilib.

İnterpress.az