Ərdoğan: “Obama bizi aldatdı”backend

Ərdoğan: “Obama bizi aldatdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən bildirir ki, R.T. Ərdoğan ötən bazar günü keçirilən ümumxalq səsverməsi, bundan sonra atılacaq addımlar, Avropanın Türkiyəyə qarşı təzyiqləri və ABŞ prezidenti Donald Trampla telefon söhbəti barədə danışıb.

Azvision.az isə xəbər verir ki, Türkiyə perzidenti “ABŞ PKK, YPG və PYD-yə dair siyasətini dəyişdirəcəyi haqda bir söz veribmi” sualına cavab verərkən deyib: “Daha əvvəllər PKK ilə bağlı məsələdə anlaşmamız var idi. Obama dövründə də bu məsələdə razılıq var idi. Amma təəssüf ki, Obama PYD və YPG məsələsində bizi aldatdı. Lakin hazırkı iqtidarın eyni işi təkrarlayacağını ehtimal etmirəm. Yeni görüşlərimizdə artıq bunun detallarını üz-üzə müzakirə edəcəyik. Təbii ki, bir çox məlumatları onlara təqdim edəcəyik”.

Prezident özünə qarşı tənqidlərə də münasibət bildirib: “Sandıqdan diktator çıxmaz. Diktator daha çox müxtəlif yollarla gəlir”.

İnterpress.az