Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnikbackend

Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, MEK əməkdaşları tərəfindən cəsur komandir – polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi, ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri Elxan Hüseynov haqqında Vikipediyanın Azərbaycanca bölməsində məqalə yaradılıb.

Eyni zamanda bu məlumatlar MEK layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaşı bazasında da milli dəyər kəsb edən məlumat kimi daxil edilib.

Xatırladaq ki, tariximizin, mədəniyyətimizin təbliğini fəaliyyətinin əsası olaraq qəbul edən və bu istiqamətdə fasiləsiz olaraq çalışan MEK əməkdaşlarının əməyi nəticəsində Vikipediyada müxtəlif dillərdə 20 Yanvar şəhidləri, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş səhifələr yaradılıb.

İnterpress.az