Fransada bizim təşkilatlanmış diasporumuz yoxdurbackend

Fransada bizim təşkilatlanmış diasporumuz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Fransada prezidentliyə nazmizədlərdən biri olan Le-Pen bəyanat verib ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır. Ümumiyyətlə, Fransada prezidentliyə namizədlər ermənilərin səsini qazanmaq üçün müxtəlif vədlər verirlər.

Fransada prezidentliyə namizədlərin səsləndirdiyi fikirlərə millət vəkili Asim Mollazadə \”Ölkə.Az\”-da münasibət bildirib:

\”Bu məsələdə təəccüblü bir şey yoxdur. Fransada çox zəngin və təşkilatlanmış erməni diasporu var və bu təşkilat hər zaman Fransanın siyasi həyatında çox fəal iştirak edir. Təbii olaraq prezident seçkilərində istənilən vədlər verilə bilər. Misal üçün ABŞ-ın keçmiş prezidenti Barak Obama prezidentliyə namizədliyini verən zaman \”erməni soyqırımı\”nı tanıyacağını bəyan etmişdi. Ancaq Obama prezident seçildikdən sonra belə bir fikirdən vaz keçdi.

Azərbaycan hələ gözləməlidir. Seçkilər, onun emosiyaları, hansısa maddi maraqlar bitib dövlət maraqları önə keçdiyi zaman hansısa bir addım atılsa, Azərbaycan öz mövqeyini ortaya qoya bilər. Hal-hazırda isə baş verənlər Fransa siyasətinin mənfi çalarlarıdır, səs qazanmaq üçün istənilən təşkilatlanmış, varlı lobbi qrupları ilə namizədlərin apardığı oyunlardır. Mənə elə gəlir ki, seçki kompaniyasında verilən vədlərlə real siyasətin arasında ciddi fərqlər var\”.

Azərbaycan lobbisinin yerləşdiyi ölkələrdə siyasi proseslərə müdaxilə edə bilməməsi məsələsinə gəldikdə isə millət vəkili bildirdi ki, bizim orada təşkilatlanmış bir diasporumuz yoxdur ki, onun fəaliyyətindən hansısa nəticə gözləyək:

\”Fransada böyük Türk diasporu var. Azərbaycanlıların sayı Fransada çox azdır. Bizim orada təşkilatlanmış bir diasporumuz yoxdur ki, onun fəaliyyətindən hansısa nəticə gözləyək. Azərbaycanlılar öz vətənlərinə çox bağlı olduqlarına görə, Azərbaycanın maraqlarını düşünən insanlar öz vətənlərində yaşayırlar, hansısa ölkələrdə yaşayanlar isə lobbiçiliklə məşğul olmurlar.

Türk lobbisi isə Fransada yaxşı təşkilatlanmayıb, parçalanıb. Hansısa yaşadığı ölkənin siyasətinə ciddi təsir göstərə bilmir\”.

İnterpress.az