Sabiq MTN-çı QHT-lərin terrorçularla əlaqələrindən danışdıbackend

Sabiq MTN-çı QHT-lərin terrorçularla əlaqələrindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir”.

Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfransda çıxışı zamanı deyib.

Azərbaycanın geosiyasi baxımdan çox həssas bölgədə yerləşdiyini deyən deputat qeyd edib ki, ölkəmizin heç də asan olmayan qonşuları var: “Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır”.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, radikal dindarların maliyyələşdirilməsi halları mövcuddur: “Radikal dindarların maliyyələşdirilməsini sivil olaraq hansısa bank hesablarına pul köçürülməsi, QHT-lər vasitəsilə həyata keçirilməsi kimi hallar az inandırıcıdır. Amma onların maliyyələşdirilmələri var. Sadəcə, bunlar QHT-lər vasitəsilə deyil, başqa gizli yollarla həyata keçirilir. Azay müəllim yəqin ki, QHT-lərin xaricdən maliyyələşdirilməsinin tamamilə dayandırıldığını bilir. Əgər məlumdur ki, hansısa dini qrup QHT adı ilə xaricdən maliyyələşir, demək, hansısa bir informasiya var və bunun qarşısını almaq lazımdır. Amma bütövlükdə biz bilirik ki, QHT-lərin kənardan maliyyələşməsi dayandırılıb. Azay müəllimin dediklərində başqa həqiqətlər var. Bəli, çox təhlükəli bölgədəyik, bizim təhlükəli qonşularımız var, müstəqilliyimizi sinirə bilməyən şimal və cənub qonşularımız var. Bu istiqamətdə radikal dini qrupların, eyni zamanda dindar deyil, başqa qüvvələrin də maliyyələşmələri mümkündür, separatçıların da maliyyələşmələrini istisna etmək olmaz. Bu istiqamətdə həqiqətən də çox təhlükəli geopolitik zonadayıq. Bu mənada Azay müəllim həqiqətləri deyir. Amma radikal dini qruplar açıq şəkildə heç vaxt qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməz. Onun üçün mövhumat, başqa bir ideologiya lazımdır. Buna maliyyə lazım olsa da, heç vaxt açıq şəkildə almayacaq. Maliyyəni gizli yollarla əldə edəcəklər. Fakt budur ki, sivil yollarla Qərbdən, Avropadan maliyyələşən QHT-lərimiz var idi. Rusiyanın özündə də bu tipli təşkilatlar az deyil, bəzilərinin indi qarşısı müəyyən dərəcədə alınsa da, amma var. Bu qadağalar daha çox onlara şamil olundu. Bizdə radikal dindarların kimlər olduğu məlumdur. Hansı qanadlarının olduğunu da bilirik. Amma onların hansılarının sivil şəkildə QHT kimi tanınmış təşkilatı var? Rusiya və İran maliyyələşdirdiklərini başqa xətlərlə maliyyələşdirirlər, hansısa layihələrlə, QHT-lərlə yox. Amma bunları bütün QHT-lərin gözünə qatıb, onların bütövlükdə maliyyələşdirilmələrinin qarşısını almaq başqa söhbətdir”.

İnterpress.az