Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Bəxtiyar Vahabzadənin oğlu təqaüdə göndərildi

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Dərc edilib 21 aprel 2017 [10:03]

İnterpress.az-ın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib. (apa)

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 417