Atasını öldürən 17 yaşlı gənc dəlixanaya göndərildibackend

Atasını öldürən 17 yaşlı gənc dəlixanaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə atası Qulu Qasımovu öldürməkdə təqsirləndirilən K.Qasımovun cinayət işi üzrə məhkəmə prosesində mərhumun hüquqi varisi Tamella Qasımova məhkəməyə gəlməyib. O, teleqram vuraraq hazırda Gədəbəy rayon Qoşabulaq kəndində yaşadığını cavan qızınım dünyasını dəyişdiyini söyləyib.

T.Qasımova Bakıya gəlməyə maddi imkanının olmadığını da qeyd edib. Onun istintaqa verdiyi ifadə elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, anası Xatirə Qasımova ifadə verib.

O bildirib ki, oğlu son vaxtlar pis olub və psixoloji sarsıntı keçirib.

\”Siqaret çəkməyə başlamışdı. Danışığını bilmirdi. Hamamda çiməndə, duşun altına paltarlı girirdi. Hiss edirdik ki, nəsə problemləri var. Hətta xəstəxanaya yatırmaq istəyirdik. Atası qoymurdu. Hadisədən bir gün əvvəl mənimlə dalaşdı. Gecədən səhərə qədər yatmadı. Səhər mən işə getdim. İşdə olan zaman ev yiyəsi dedi ki, atası ilə Kənan dalaşıb. Evə gəldim. Evdə nə Kənan, nə də yoldaşım var idi. Sabunçu xəsrəxanasına getdik. Ərim artıq ölmüşdü\”- deyə X.Qasımova qeyd edib.

Sərbəst ifadəsində Xatirə Qasımova onu da bildirib ki, Kənan heç zaman atasına və ona əl qaldırmıyıb: \”Son vaxtlar problem çoxalmışdı. Hətta yoldaşımla onun yanında dalaşan zaman Kənan heç vaxt qarışmırdı. Yoldaşım da 4 ilə yaxın döyüşlərdə olmuşdu. Müharib veteranı idi. Əsəbi adam idi. Kənan üçün də həkimlər çağırırdıq. Həkimlər Kənanın xəstəxanaya yerləşdirilməsini demişdilər. Ərim qoymurdu. Deyirdi ki, oğlum xəstə deyil. Bilməzdik, axırı belə olar\”.

Məhkəmədə hakimlərin suallarına cavab verən qadın bildirib ki, atası Kənanı çox istəsə də, onu incidirdi: \”Kənanı sərbəst qoymurdu. Hər tərəfdən onu sıxırdı. Məktəbə tez-tez dalınca gedirdi\”

Məhləmədə məlum olub ki, Kənan şizofireniya xəstəsi olub.

Hakim Kənanın anasına sual verib: Siz bilirdiniz ki, oğlunuz şizofireniya xəstəsidir?

Xatirə Qasımova isə oğlunun bu xəstəlikdən əziyyət çəkdiyini bilmədiyini deyib.

Məhkəmədə sənədlərin tədbiqi mərhələsi başlayıb.

Hakim elan edib ki, istintaq orqanı da müəyyən edib ki, hadisə zamanı Kənan Qasımov anlaqsız vəziyyətdə olub. Məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək, Kənan Qasımov barəsində məcburi xarakterli tibbi müalicə göndərilməsini istəyib.

Kənan Qasımovun vəkili bildirib ki, dövlət ittihamçısının çıxışı ilə razıdır.

Vəkil müdafiə etdiyi şəxs barəsində məcburi tibbi xarakterli müalicə təyin edilməsinin vacib olduğunu deyib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər belə nəticəyə gəliblər ki, Kənan Qasımovun cinayəti törədən zaman anlaqsız vəziyyətdə törədib və onun barəsində məcburi qaydada müalicə təyin edilib. Qərarın icrası 1 saylı Ruhi-Əsəb dispanserinə həvalə edilib.

Bildirək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, \”Südçülük sovxozu\” adlanan yaşayış məntəqəsində baş verib.

Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsindən bir bıçaq zərbəsi vurub.

K.Qasımovun hadisəni törədən zaman anlaqsız vəziyyətdə olmasının, psixoloji sarsıntı keçirməsinin səbəbi kimi təhsil aldığı liseydən çxıarılması və ailəsi ilə aralarındakı mübahisə əsas göstərilir.

Hadisənin təfərrüatı ilə bağlı onu da qeyd edək ki, K.Qasımov mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. K.Qasımov əlini öz ürəyinin üstünə qoyub. Bu yolla atasının ürək nahiyəsini müəyyən edib və vurub.

İnterpress.az