Stresdən çıxmaq üçün “stres” sözünü tərgidinbackend

Stresdən çıxmaq üçün “stres” sözünü tərgidin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”The İndependent\” qəzetində dərc olunmuş başqa bir yazı insanların həyatını iztiraba çevirən stresdən bəhs edir.

Məqalədə deyilir ki, hətta yaxşı işi olan, uşaqlarını böyüdən və sürətlə dəyişən mühitdə yaşayan uğurlu adamlar da həftədə bir dəfə \”stres\” sözünü dilə gətirirlər.

Tibb psixoterapevti Seth Swirsky deyir ki, elə təkcə bu sözü işlətməyin özü yaxşı heç nə vəd ertmir.

Doktorun sözlərinə görə, elə yalnız \”mən stresdəyəm\” kəlməsini dilə gətirməklə insan öz orqanizmindəki mühüm kimyəvi maddələri aktivləşdirə bilər.

\”Tək bu sözü deməklə siz yaxşı əhval-ruhiyyə gətirən neyroötürücüləri – adrenalin və kortizolu sıradan çıxara bilərsiniz\” – deyir Swirsky .
Həkim bunu belə izah edir: \”Ürəyimiz daha sürətlə döyünür, nəfəsimiz daralır, qan təzyiqimiz qalxır, biz belə vaxtlarda normal düşünmək əvəzinə xof və narahatlıqla doluruq\”.

Alim deyir ki, elə buna görə də biz stresin hissiyyat və təsirlərini azaltmaq üçün bir qədər \”düşüncə dilimizə\” fikir verməliyik.
Swirsky məşhur hind ayurvediçi ekstrasensi Pratima Rayçurdan misal gətirir.

Onun fikrincə, insan ona pis əhval-ruhiyyə və kədər gətirən sözləri leksikonundan çıxarmağa çalışmalıdır.

Rayçur yazıb ki, bunu şüurluluğun məşqi ilə etmək mümkündür.

\”Özünüzdə düşüncə və emosiyalarınıza sahib olmaq qabilliyəti yetişdirin, vərdişlərinizi aydınlaşdırın, neqativliyin hər gün bir qədər sizi tərk etməsinə çalışın və qəlb rahatlığı tapın. Bir müddətdən sonra bu məşq sizin şüurunuzdakı vibrasiyaları dəyişəcək. Son nəticədə siz düşüncələrinizi və onları oyadan emosiyaları da dəyişə biləcəksiniz\” – deyib Seth Swirsky .

Məqalədə deyilir ki, son vaxtlarda xüsusilə populyarlaşmış psixoloji metod – şüurluluq və ya zehniyyət metodu fərdin diqqətini indiki zamana cəmləşdirməklə, düşüncələrin mühakiməsiz, yəni daxili təhlilsiz ötüb keçməsinə imkan yaradır. (bbc)

İnterpress.az