Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası təqdim olunacaqbackend

Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatrın mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa
Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyimusiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə
əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. “Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli
İsgəndəri isə aktyor Anar Heybətovdur. Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov,
Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur
Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Adil Dəmirov və başqaları məharətlə canlandırırlar.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və
cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.

Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası təqdim olunacaq

Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası təqdim olunacaq

İnterpress.az