Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dərc edilib 21 aprel 2017 [15:29]

İnterpress.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, R. Əhmədova 10 illik həbs cəzası istəyib.

Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə görünür.

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarlmasını istəyib: "Cinayət işində qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmdə qeyd olunub ki, prokurorluğun ittihamı subyektiv mülahizə əsasında hazırlanıb. Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.R. Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyib. (apa)
İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 399