“KTMT-ni ermənilər deyil, Putin idarə edir”backend

“KTMT-ni ermənilər deyil, Putin idarə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, A.Mütəllibov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bununla Ermənistan Azərbaycana heçnə edə bilməz:

“Çünki Yuri Xaçaturovun özündən heç bir şey asılı deyil. KTMT kollektiv qurumdur və qərarları da birgə qəbul edir. Hazırda bu təşkilatın üzvü olan bir neçə dövlət Azərbaycan əleyhinə qəbul edilə bilən qərarlara dəstək verməyəcək. Bunu aprel döyüşləri zamanı da müşahidə etmişik.

Digər tərəfdən isə Azərbaycan 20-25 il əvvəlki ölkə deyil ki, belə məsələlər bizi qorxutsun. Bu gün Azərbaycanın tutduğu mövqe dünyaya məlumdur və beynəlxalq aləmdə öz yerini tutub. Ölkəmizin dünyada nüfuzu da gündən-günə daha da artır”.

Eks-prezident bildirib ki, bu mövqe Azərbaycan xalqının milli maraqlarına tam uyğundur:

“Ona görə də Ermənistanın baş qərargah rəisinin KTMT-yə baş katib seçilməsi heç nəyi dəyişməyəcək. Bununla Ermənistan həmin təşkilatın gücündən və imkanlarından Azərbaycana qarşı istifadə edə bilməyəcək. İndi Ermənistan rəhbərliyi çalışır ki, bundan Azərbaycana qarşı təzyiq kimi sui-istifadə etsin. Amma bu təşkilatı ermənilər deyil, Rusiya prezidenti Vladimir Putin idarə edir. Putin heç zaman Azərbaycanı qoyub, Ermənistanla iş qurmaz. Buna hər kəs əmin olmalıdır. Əksinə, Azərbaycan Prezidenti ilə Putin arasında yaxşı əlaqələr mövcuddur. Bütün bunlar isə yüksək qiymətləndirilməlidir”.

Xatırladaq ki, Yuri Xaçaturov mayın 2-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayacaq.

İnterpress.az