Əbulfəs Qarayev çobana iş verdi – VİDEObackend

Əbulfəs Qarayev çobana iş verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib. O, qeyd edib ki, Pərvin Səfərov Neftçala rayonunun Qarakənd mədəniyyət evində müvafiq işlə təmin olunub:

“Sosial şəbəkələrdə onun səsini nümayiş etdirən videodan sonra nazirliyin göstərişi ilə Pərvin Səfərovun ailəsi ilə Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsində görüş keçirilib. Bu gün isə Salyanda keçirilən tədbirdə ona istedadını nümayiş etdirməyə şərait yaradılıb. Onun orta təhsilli olduğunu nəzərə alaraq, Pərvin Səfərov müvafiq işlə təmin olunub. Bundan əlavə ona yaradıcılığının davam etdirilməsi üçün hər cür dəstək göstəriləcək”.

Kənddə qoyun otaran Pərvin Səfərov qoyun otararkən öyrəndiyi müsiqiləri isə mobil telefonla çəkərək sosial şəbəkədə paylaşıb. Pərvin müsiqi savadı olmadığı üçün muğam oxuya bilmədiyini qeyd edib. Bu video sosial şəbəkədə böyük maraqla qarşılanıb.


İnterpress.az