“İçkini atmağım dinlə bağlı olmayıb”backend

“İçkini atmağım dinlə bağlı olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu ilə bağlı maraqlı məlumat əldə etmişik. Məlumata görə, zamanında həm spirtli içki, həm də siqaret istifadəçisi olan şair-tərcüməçi son vaxtlar bu zərərli vərdişlərdən imtina edərək ibadətə başlayıb.

Məlumatın doğru olub-olmadığını aydınlaşdırmaq üçün Səlim Babullaoğlu ilə əlaqə saxladıq. Şair-tərcüməçi zərərli vərdişlərindən imtina etməsinin dinlə bağlı olmadığını bildirdi: “İçkini atmağım dinlə bağlı olmayıb. Sadəcə olaraq bir gün yetişdi və mən başa düşdüm ki, içki nə stressi götürür, nə rahatlıq gətirir. Əksinə, baş ağrısı, halsızlıq gətirir və sairə. Bu baxımdan mən sırf tibbi baxımdan hesab etdim ki, həm də həkimlər belə hesab etdilər ki, mən içməsəm daha yaxşı olar”.

Səlim Babullaoğlu artıq 20 ildir ki, namazla məşğul olduğunu dedi: “Həm oruc tuturam, həm də namaz qılıram. Ana və ata tərəfdən də babalarım, nənələrim ibadət edən adamlar olub”.

“Hansı məzhəbə quluq edirsiz” sualımıza isə şair-tərcüməçi bu cür cavab verdi: “Allahın məzhəbinə. Mən şiə-sünni ayrı-seçkiliyinin qəti əleyhinəyəm. Çünki İslam dini bölüşdürücü deyil, birləşdirici dindir. Mən özümü nə sünni, nə də şiə hesab edirəm, sadəcə müsəlmanam.
Mən içki içənlərin əleyhinə deyiləm. Kimsə içki içmək istəyirsə içsin, siqaret çəkmək istəyirsə çəksin. Zatən bunun üçün heç bir nə inzibati qadağa yoxdur. Bəli, din, Qurani-Kərim deyir ki, içməyin, amma din deyir deyə polis qadağa qoymur ki, heç kim içməsin. Mən sadəcə hesab edirəm ki, tibbi-nöqteyi nəzərdən xüsusən siqaret, o cümlədən içki insan orqanizminə ziyandır, insanı başdan aparır. Əgər biz ölkədə cinayətkarlığın, faciələrin statistikasını aparmalı olsaq, görərik ki, bunların əksəriyyəti içki zəminində baş verir. Ona görə də adamlar içməsə daha yaxşı olar. Amma mən çoxlu sayda insan tanıyıram ki, onlar içməyi də, özlərini aparmağı da bacarırlar. Təəssüf ki, hamı belə deyil\”. (musavat)

İnterpress.az