“O xəbəri yazdıran sifarişçi məmurlar geri çəkiləcək”backend

“O xəbəri yazdıran sifarişçi məmurlar geri çəkiləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, burada reket jurnalistikanı himayə edən şəxslərin də məsuliyyət məsələsi nəzərdə tutulub: \”Məqsədyönlü şəkildə qərəzli informasiyanın yayılmasında rolu olan hər bir şəxs məsuliyyət daşımalıdır.

Hesab edirəm ki, onların da bu məsələdə məsuliyyəti nəzərdə tutulması düzgündür. Yəni aydınlaşdırılır ki, bu reket jurnalistidir. Həmin şəxslərin pul və ya başqa ödənişlər vasitəsilə bir işi görməsi sifariş xarakteri daşıyırsa, onların da məsuliyyətə cəlb olunması düşünülə bilər”.

Fazil Mustafanın fikrincə bundan sonra həmin məmurların da kənara çəkilməsi halları baş verəcək: \”Bunun kifayət qədər təsiri olacaq. Onlar özlərinə çəki-düzən verəcəklər. Çünki bilirlər ki, bu məsələ ifşa olunacaq və ondan sonra özləri də baş ağrısı yaşayacaqlar”.

İnterpress.az