“Onda pul haqqında düşünməzlər”backend

“Onda pul haqqında düşünməzlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: \”Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.

Təhsil eksperti Kamran Əsədov bununla bağlı BakiPost.az-a deyib ki, öz fəaliyyətinin obyektivliyini əks etdurən, ictimai məmunluğu təmin edən, elmi dayanıqlılığın təmin edilməsi üçün hazırlanan məlumatların pullu edilməsi yolverilməzdir: \”Bildiyiniz kimi, 2016-cı ilin aprel ayında Azərbaycan respublikası prezidentinin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv olunaraq onun bazasında ölkə ərazisində bütün imtahan xidmətlərini həyata keçirmək üçün publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi (DİM) yarandı. Əgər əvvəllər fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət qurumu idisə və büdcə vəsaiti ilə maliyyələşirdisə, yeni yaranmış Dövlət İmtahan Mərkəzi bu imtiyazdan məhrumdur. Yəni göstərdiyi xidmətləri pullu edərək öz büdcəsini formalaşdırır. Amma bu o demək deyil ki, pullu xidmətlər deyəndə bütün məlumat bazası nəzərdə tutulur. Burada yaddan çıxarılmamalı bir sıra qanunlar var. Belə ki, onlar göstərdiyi xidmətlərə görə heç bir xidmət haqqı almadan statistik, analitik məlumatlar verməyə borcludurlar. Məlumat azadlığı haqqında, informasiya əldə etmək haqqında qanunların tələbinə görə onlar ay, il ərzində gördükləri işlər, göstərdikləri fəaliyyət haqqında şəffaflığın təmin olunması üçün məlumatlar yaymalı, statistik göstəriciləri hazırlayıb ictimaiyyətin nəzərinə çatdırmalıdırlar.

Fəaliyyət və idarəetmə formasından asılı olmayaraq dövlətin siyasətini əks etdirməklə xidmət göstərən bütün dövlət, qeyri dövlət təşkilatları \”Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları və Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan respublikası prezidentinin fərmanı ilə bu xidmətləri pulsuz olaraq göstərməyə borcludurlar.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində göstərilib ki, yalnız ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək, imtahanlar keçirmək, vəsait, jurnallar çap etmək səlahiyyətinə malikdir. Amma öz fəaliyyətinin obyektivliyini əks etdirən, ictimai məmunluğu təmin edən, elmi dayanıqlılığın təmin edilməsi üçün hazırlanan məlumatların pullu edilməsi yolverilməzdir. Bilirsiniz, bütün mənbələri pullu etmək olmaz. Azərbaycan dövlətinin daxili siyasətinin əsasını sosial rifah təşkil edir. Prezident tərəfindən təstiq edilmiş Təhsilin inkişafı üzrə dövlət strategiyasına görə təhsil əlçatan olmalıdır. Amma bütün xidmətləri pullu edərək biz bunun qarşısını almış oluruq”.

Ekspert hesab edir ki, 2017-2018-ci tədris ili üçün tətbiq edilmiş yeni xidmət haqqı qiymətləri kifayət qədər yüksəkdir və Dövlət İmtahan Mərkəzi özünün bütün maliyyə xərclərini ödəyə bilər.

Kamran Əsədov qeyd edib ki, qəbul və sınaq imtahanlarından başqa digər xidmətlərin pullu edilməsi işin keyfiyyətinə mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, mərkəz bütün xidmətləri pullu etməyi düşünürsə, ölkədə alternativ başqa bir imtahan keçirən qurum da yaradılmalıdır: \”Çünki, bu sahədə tək müəssisənin fəaliyyət göstərməsi keyfiyyət yox, kəmiyyət artımına yönəlir. Əgər başqa bir imtahan keçirmək üçün qurum da yaradılsa, onlar arasında daha ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi üçün rəqabət yaranacaq və heç kim daha çox qazanmaq haqqında yox, daha keyfiyyətli xidmət göstərmək haqqında düşünəcək”.

İnterpress.az