Deputatlarımız AŞPA-ya gedirbackend

Deputatlarımız AŞPA-ya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.

Sessiya dövründə AŞPA-nın son 6 ay ərzində fəaliyyəti barədə və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulmuşdur.

Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallara cavab veriləcəkdir.

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA Bürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaqdır.

İnterpress.az