“Ukraynada Azərbaycan avtomobilləri yoxa çıxıb”backend

“Ukraynada Azərbaycan avtomobilləri yoxa çıxıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan DİN Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev bildirib. Onun sözlərinə görə, müxtəlif rəqəmlər sadalanır, lakin faktiki olaraq, söhbət ondan gedir ki, 4 Azərbaycan şirkətinin yükləri olan maşınlar yoxa çıxıb.

“Ukraynada avtomobil daşınmaları ilə dünyanın ən müxtəlif ölkələrinin şirkətləri məşğul olur, lakin naməlum səbəbdən məhz Azərbaycan şirkətlərinin maşınları itməyə başlayıb. Baş verənlərin səbəblərini aydınlaşdırmaq üçün Azərbaycan səfirliyinə Ukrayna polisi cinayət axtarışı departamentinin başçısı, polis polkovnik-leytenantı Roman Kravçenko dəvət edilib. Yaranmış mənfi tendensiya ilə bağlı narahatlığımız onun diqqətinə çatdırılıb. Bizə Azərbaycan avtomobillərinin itməsi hallarının hərtərəfli və obyektiv araşdırılmasına dair söz verildi”, – Ş.Qocayev deyib.

Ş.Qocayev bu halların Ukrayna DİN başında erməni diasporunun liderlərindən biri Arsen Avakovun olması ilə mümkün bağlılığını qeyd edir. Belə ki, öncəki illərdə Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin itməsi ilə bağlı problemlər müşahidə edilmirdi. “Daha çox real versiya ilə ondan ibarətdir ki, internetdə külli miqdarda ucuz avtomobil daşınmaları təklif edən şirkət var. Ola bilsin ki, Ukraynaya mal təchiz edən Azərbaycan şirkətləri ciddi şirkətlərlə deyil, belə qondarma şirkətlərlə iş görürlər”, – Ş.Qocayev bildirib.

Onun sözlərinə görə, Ukraynada itmiş Azərbaycan şirkətlərinin yüklərinin sığortalanmasında da müəyyən səhvlərə yol verilə bilərdi. “Bu məsələ yalnız rəsmi istintaqın yekunlaşmasından sonra aydın olacaq. Azərbaycan səfirliyi bu ölkənin müvafiq orqanlarının nəzərinə çatdırıb ki, belə hallar ölkələrimiz arasında dostluq və strateji münasibətlərə xələl gətirir. Bununla bağlı Ukraynada avtomobilləri itmiş bütün Azərbaycan şirkətlərinə və Azərbaycan vətəndaşlarına bildirmək istəyirəm ki, onlara münasibətdə qanun pozuntusu halları baş verirsə, Ukraynadakı Azərbaycan səfirliyinə müraciət etsinlər. Belə olan halda hər bir halın daha obyektiv və tez həllinə nail olmaq asanlaşar”, – Ş.Qocayev vurğulayıb.

İnterpress.az