Söyün Sadıqov: “KTMT dövlətləri Ermənistana görə Azərbaycanla münasibətlərin pozulmasını əsla istəməz”backend

Söyün Sadıqov: “KTMT dövlətləri Ermənistana görə Azərbaycanla münasibətlərin pozulmasını əsla istəməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Ölkə.Az”-a açıqlamasında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov bildirib.

S.Sadıqov deyib ki, bu təşkilatın hər hansı qərar qəbul etməsi təkcə baş katibdən asılı olan məsələ deyil:

“Hazırda Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Belarus KTMT-nin üzvü olan dövlətlərdir. Bu dövlətlər həm də Azərbaycanla müttəfiq və dost olan ölkələrdir. Ermənistan istəsə belə KTMT-nin Azərbaycana qarşı hərbi addım atması mümkün deyil. Bunun üçün KTMT-nin üzvü olan dövlətlərin razılığı olmalıdır. Reallıqda isə KTMT üzvü olan dövlətlər Ermənistana görə Azərbaycanla münasibətləri pozmağı əsla istəməz”.

S.Sadıqov qeyd edib ki, Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunması formal xarakter daşıyır:

“Ermənistan nəinki bu təşkilatın gücündən Azərbaycana qarşı istifadə edə bilməz, ümumiyyətlə siyasi addımlar belə ata bilməz. Sadəcə olaraq, Ermənistan rəhbərliyi müharibə ritorikaları ilə öz xalqını aldadır”.

İnterpress.az