Bu sizin işiniz deyil – Rusiya təhdid etdibackend

Bu sizin işiniz deyil – Rusiya təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

Şimali Koreya sərhədinə qoşun göndərilməsi Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov tərəfindən də təsdiqlənib.

“Qoşunların ölkə daxilində rotasiyası ictimailəşdirilmə kateqoriyasına aid deyil. Hər ölkə öz təhlükəsizliyi üçün beynəlxalq aləmdə baş verənlərə reaksiya verir”, – Peskov deyib.

“Foks Nyus” Peskovun sözlərini “Bu, sizin işiniz deyil” kimi analiz edib.

“Unutmaq lazım deyil ki, bütün bunlar Suriya hökumətinin öz təyyarələrini Rusiya aviabazasının yaxınlığına yığmasını öyrəndiyimizdən sonra baş verdi. Məmurlar bildiriblər ki, bu addım ABŞ-ın yeni raket hucumundan qorunmaq üçün atılıb”, – kanal bildirib.

İnterpress.az