Sarayda maşın, Xaçmazda ev yanıbbackend

Sarayda maşın, Xaçmazda ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə “Mercedes” markalı mikroavtobus yanıb. Yaxınlıqdakı ev yanğından muhafizə olunub.

Digər yanğın hadisəsi Xaçmaz rayonun Yeni Həyat qəsəbəsində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İnterpress.az