Hacıqabulda “Baron” həbs edildi – VİDEObackend

Hacıqabulda “Baron” həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xezerxeber.az-a istinadən məlumat verir ki, rayon sakini İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutularına yığılmış 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Onun evindən isə bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İnterpress.az