Stavropolda terror aktları planlaşdıran iki silahlı məhv edilibbackend

Stavropolda terror aktları planlaşdıran iki silahlı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, avtomobildə olan şəxslər avtomat silahdan atəş açdıqdan sonra hadisə yerini tərk etməyə çalışıblar. Cavab atəşi ilə silahlılar məhv ediblər.

“Öldürülən şəxslərin kimliyi müəyyənləşdirilib. Onlardan biri İŞİD-in düşərgələrində hazırlıq keçib və Rusiyaya terror aktları törətmək məqsədi ilə gəlib. İkinci şəxs qruplaşmanın fəal üzvü olub” – deyə məlumatda bildirilib.

Qeyd olunan şəxslər Rusiya ərazisində silsilə terror aktları törətməyi planlaşdırıblar: “Onlar dini xadimlər və mülki şəxsləri qətlə yetirməyi planlaşdırıblar”.

Bundan əvvəl Vladimir şəhəri yaxınlığında terror aktları törətməyi planlaşdıran Orta Asiya ölkələrindən birinin vətəndaşları məhv edilib.

İnterpress.az