Fransada  etiraz aksiyası keçirilibbackend

Fransada etiraz aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aksiya Marin Le Penin səs verdiyi Henən Bomon şəhərində baş tutub.

Belə ki, feminist cərəyanının üzvləri kinayə ilə və uca səslə «Marin prezident» şüarlarını səsləndirərək küçədə namizədin əleyhinə piket təşkil ediblər.

Bir neçə nəfərin iştirak etdiyi etiraz aksiyasının özünəməxsusluğu etirazçıların bədənlərinə «Team Marine» – \”Marinin komandası\” sözlərini yazmaları, habelə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin maskalarını geymələrindən ibarət olub.

Etirazçılar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. (report)

İnterpress.az