Fransa seçkilərində son durum – Canlı yayımbackend

Fransa seçkilərində son durum – Canlı yayım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzçi “İrəli Fransa” partiyasının lideri Emmanuel Makron 23,7 %- səslə 1-ci turda qələbə qazanıb. Onu 21,7%-lə sağ radikalların lideri Marin Le Pen təqib edir.

Öncədən bəlli olduğu kimi, ilk turda məğlub olan digər namizədlər bir-bir Emmanuel Makrona öz dəstəklərini ifadə etməyə başlayıblar.
İlk olaraq seçkilərdə cəmi 6 %-lik səslə aşağı səs alan, Sosialist partiyasının lideri Benua Amon bütün tərəfdarlarını Emmanuel Makrona səs verməyə çağırıb. Daha sonra sağçıların lideri Fransua Fiyona yaxın isimlərdən, keçmiş baş nazir Jan Pyer Raffaren Fransanın 2 kanalında Makronu dəstəkləyəcəyini söyləyib.

Fransua Fiyon özü seçkilərdə məğlubiyyətini etiraf edən çıxışında respublikaçı dəyərləri qorumaq adına, sağ radikalları ölkəni bölməmək naminə mərkəzçi rəqibinə səs verməyə çağırıb. Fiyonun ilkin seçkilərdəki əsas rəqibi, Bordo şəhərinin meri, keçmiş baş nazir Alen Jüppe də eyni qəbildən olan bəyanatla çıxış edib.

Bütün bunlar Makronun 2-ci turda asanlıqla Marin Le Penə qalib gələcəyini göstərir.

İnterpress.az xəbər veir ki,Musavat.com-un məlumatına görə, seçkilərdə ilk turun səsverməsinə bu gün yerli vaxtla saat 8:00-da start verilib, 20:00-da isə seçkilər başa çatıb. 13 noyabr 2015-ci ildə 130 nəfərin həyatını itirdiyi terrordan sonra elan edilən fövqaladə vəziyyətin davam etdiyi ölkədə təxminən 50 min polis, 7 min əsgər əsayişi qoruyub. Seçkilərdə 47 milyon 67 min vətəndaş səs verib.

Milli Cəbhə Partiyasının namizədi Marine Le Penin səs verdiyi seçki məntəqəsinin qarşısına gələn feministlər paltarlarını soyunaraq namizədin şəkilləri ilə aksiya keçiriblər.

Başqa bir məntəqənin qarşısındakı avtomobildən isə silah tapılıb, bölgəyə bomba mütəxəsisləri göndərilib.

Bu arada, tvitterdə əhalini səs verməyə çağıran Fransanın daxili işlər naziri məşhur fenomen Nüsrətin fotosundan istifadə edib.
İfrat dərəcədə sağçılığı ilə tanınan Le Pen ABŞ prezidenti Donald Trampın Fransa üçün ən yaxşı müttəfiq olduğunu bildirib. Xatırladaq ki, respublikaçıların namizədi Fransua Fiylon Trampın hər hərəkətini açıq-aydın tənqid edir, Emanuel Makron isə Trampın əsasən Meksika sərhədinə divar hörməsinə qarşı çıxır, mühacirlərə qarşı tutduğu mövqe ilə razılaşmır.

Qeyd edək ki, ilk turda ən çox səs alan 11 namizəddən ikisi mayın 7-də ikinci turda mübarizə aparacaq. Fransızlar isə bu qənaətdədirlər ki, hazırki seçki tarixin ən çətin proqnoz verilməsi mümkün olan seçkilərdir.

Artıq səslər sayılır və hazırkı açılan səslərə görə, sabiq iqtisadiyyat naziri, \”İrəli\” hərəkatının qurucusu Emmanuel Makron 23,7% səslə birinci, Milli Cəbhə Partiyasının lideri Marin Le Pen 21,7 % səslə ikinci yerdədir. Melenkon 19.5 səslə 3 cü, Fiylon isə 4-cü yerdədir.

İnterpress.az