Şair və iş adamı intihar etdi – TƏFƏRRÜATbackend

Şair və iş adamı intihar etdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü şair Niyaz Əsgərov özünü yaşadığı evdə asıb.

Sabirabad kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Niyaz Əsgərov əvvəlcə özünü dəm qazı ilə boğmaq istəyib:

“Niyaz Bakıda yaşayır. Dünən kəndə gəlib və ilk əvvəl evindəki qazı açıb ki, özünü dəm qazında boğsun. Amma ölməyib. Sonra da gedib qaraja özünü asıb öldürüb. Ailəlidir, bir qızı, bir oğlu var, gözəl atadır.”

Sakinlərin sözlərinə görə, Niyaz Əsgərovun maddi imkanları yaxşı olub: “Bakıda 7 yerdə evi, maşınları, böyük biznesi var. Səhhətində heç bir problem olmayıb.”

***

1965-ci il təvəllüdlü N.Əsgərov iş adamı kimi Bakıda böyük biznes şəbəkəsinə sahib olub. Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ötən gün axşam saatlarında ata evlərinə – Cəlilabadın Sabirabad kəndinə gedib və həyətlərindəki yardımçı tikilidə özünü asıb.

Sakit təbiətli, imkanlı şəxs olan N.Əsgərovun intihar səbəbi bilinmir.

Hadisə ilə bağlı Cəlilabad Prokurorluğunda araşdırma aparılır. ( kult.az )

İnterpress.az