AŞPA-da qalmaqal – Aqramunt istefaya göndərilirbackend

AŞPA-da qalmaqal – Aqramunt istefaya göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzVision.az-a istinadən xəbər verir ki, Aqramunt çıxış edərkən assambleya üzvlərinin əksəriyyəti zalda onun istefasını tələb ediblər.

Deputatlar Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşməsini sərt şəkildə pisləyib, buna etirazları bildiriblər.

Aqramunt Suriyaya səfərinin yanlış addım olduğunu etiraf edib: \”İcazə verin, bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm\”, – deyə o vurğulayıb.

Lakin deputatlar bu çıxışdan sonra da sakitləşməyiblər. Nəticədə çıxışını yarımçıq dayandıran AŞPA sədri iclas zalını tərk edib.

İclas AŞPA-nın vitse-prezidenti, Avropa Xalq Partiyası qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam edib.

İnterpress.az