İdmandan əvvəl və sonrabackend

İdmandan əvvəl və sonra

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yemək yedikdən sonra idman etmək üçün ən az 2-3 saat keçməlidir. Çünki bu zaman ərzində bədəndə həzmetmə prosesi gedir: Qida mədədə toplanır, müəyyən miqdarda qan mədəyə gedir, digər həzm orqanları mədəmizdəki qidada olan vitaminləri və faydalı qidaları bədənimizin hər bir tərəfinə ötürməyə başlayır. İdman zamanı əzələmiz işləyir və çox miqdarda qan tələb edir. Həmin müddətdə isə həzm prosesi üçün də yuxarıda qeyd etdiyimiz kimi qan lazım olduğu üçün həzm orqanları ilə əzələlər arasında “qan uğrunda mübarizə “ başlayır. Həzm prosesi çətinləşir. Ona görə yeməkdən dərhal sonra edilən idman ürəkbulanma, hətta bəzən qusma reaksiyası yaradır. Ona görə də aşağıda idmandan əvvəl qeyd etdiyimiz yeməkləri yedikdən ən az 2-3 saat sonra idmana başlayın.

İdmandan əvvəl tez haırlanan və qüvvət verən reseptlərlə aşağıda faydalana bilərisniz.

Banan və darçınlı buğda çörəyi– Buğda çörəyini tosterə qoyun, üzərinə nazık qat olaraq badam və ya fıstıq yağı çəkib banan dilimləri qoyun. Zövqə görə darçın və proteinlə zənqin doğranmış badam da səpə bilərsiniz.

İdmandan əvvəl və sonra

Smuzilər– Müxtəlif meyvə və tərəvəzlərdən və yoqurtdan hazırlanmış smuzilər idmandan əvvəl əla seçimdir.

Yulaf və meyvələr– Yulafı hazılayıb istədiyiniz meyvə və giləmeyvələri dilimləyib yulafla birlikdə yeyə bilərsiniz.

Alma və badam yağı– Almaları dilimləyib üzərinə badam yağı çəkib yeyin.

Çərəzlər və qatıq– Qatığa və ya adi yoqurta bir ovuc müxtəlif çərəzlər (fındıq, qoz, kişmiş) əlavə edib yeyə bilərsiniz.

İdmandan əvvəl və sonra

İdmandan sonra insanların əksəriyyəti itirdikləri kalorini yenidən qazanmaq qorxusundan yemək yeməməyə qərar verirlər. Lakin bu düzgün deyil! İdman etdikdən sonra bədənimiz enerji itirir və bu enerjini bərpa etmək mütləqdir. Sağlam və yüngül qidalar seçimi sizi heç bir əlavə çəki qazandırmayacaq. Odur ki, idmandan sonra aşağıda qeyd etdiyimiz qidalardan istifadə etmək olar. Bu qidalar idmandan əvvəl qeyd etdiyimiz qidalardan fərqli olaraq qəlyanaltı deyil, əsas yeməklərdir. İdmandan sonra yemək üçün gözləməyə isə ehtiyac yoxdur.

Buğda çörəyindən hazırlanmış tuna, humus və ispanaqlı sendviç– bunun üçün 1-2 dilim tost çörəyinin üzərinə tuna balığı, ispanaq və humus yetər.

Balıq və şirin kartof- Şirin kartofu dilimlərə bölün və qızılbalıqla birlikdə sobada bişirin.

Qril toyuq və tərəvəzlər– Toyuğu və sevdiyiniz müxtəlif tərəvəzləri (brokolli, kartof, bibər, və s.) sobada bişirin.

İdmandan əvvəl və sonra

Yumurta və tərəvəzlər– Qayğanaq hazırlayıb üzərinə azca yağda qızardılmış tərəvəzlər – brokolli, göbələk, soğan, bibər əlavə edin.

Şokoladlı süd– Azyağlı südə qara şokolad əlavə edib blenderdən çalın. Bu içkinin tərkibində sizə lazım olan kifayət qədər protein mövcuddur və idmandan sonra sizə fərahlıq verəcək.

İdmandan əvvəl və sonra

İnterpress.az