Ərdoğanın 50 min erməniyə “barışıq mesajı” – “Doğru addımdır”backend

Ərdoğanın 50 min erməniyə “barışıq mesajı” – “Doğru addımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Ərdoğan bununla taktiki gediş edib: \”Ankara \”erməni soyqırımını\” qəbul etmir. Buna baxmayaraq, son illər Türkiyə hökuməti erməniləri sakitləşdirəcək açıqlamalar verməyə çalışırlar. Məqsəd beynəlxalq aləmin \”soyqırımı\” məsələsində Türkiyəyə qarşı təzyiqini azaltmaqdır. Yəni Ərdoğan son məktubu ilə demək istəyir ki, Türkiyə erməni vətəndaşlarının acısını anlayır”.

Ərdoğanın 50 min erməniyə “barışıq mesajı” - “Doğru addımdır”

Elxan Şahinoğlu qeyd edib ki, Ərdoğanın bu addımı taktiki baxımdan doğrudur: \”Çünki Türkiyədə 50 minə yaxın erməni yaşayır və onlar bu ölkənin vətəndaşlarıdır. Ancaq bu məktub o demək deyil ki, Ermənistandakı və dünyadakı ermənilər sakitləşəcəklər. Ən azı Ərdoğan demək istəyib ki, \”soyqırım\” olmayıb, ancaq Birinci Dünya Müharibəsinin gedişində hamı kimi ermənilər arasında da qurbanlar olub”.

İnterpress.az