Çörəksiz pəhriz olmaz!backend

Çörəksiz pəhriz olmaz!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çörək həm də gərək bədənimizi gərək ruhumuzu qidalanmağımızda baş tacı olmağı haqq edən bir qidadır. Son illərdə təəssüf ki çörəyin gündəlik qidalanma planından çıxardılaraq rahatlıqla arıqlaya biləcək istiqamətində məşhur pəhriz mədəniyyətinin meydana gətirdiyi ciddi bir səhv düşüncələr var. Bəli, aparılan təklif çox sadədir! Çörəyi həyatınızdan çıxarın və arıqlayın! Yaxşı, çörəyi həyatınızdan çıxardığınız qidalanma proqramında sağlamlığınız ilə əlaqədar qarşılaşa biləcəyiniz nəticələri heç düşündünüzmü?

Çörəksiz pəhriz olmaz!

Çörək yemədən kilo vermə söz mövzusu olduğunda təəssüf ki işin sağlamlıq tərəfindən heç bəhs edilmir. Belə bir pəhrizlər ürək damar xəstəliklərində, böyrək xəstəliklərində, yemə və davranış pozuqluqlarında, diyabet xəstəliyində, qaraciyər xəstəliyində və daha bir çox sağlamlıq probleminə səbəb olur. Sağlamlıqla və qalıcı formada arıqlamaq istəyirsinizsə çörəksiz pəhriz olmaz!
Sağlamlıq qaynağı tam taxıllı çörəkləri yemək üçün çox səbəbimiz var!

Çörəyinizi tam buğda, çovdar, çox taxıllı və ya yulaflı seçməniz sayacağım bütün bu faydalardan yaralanmağınızı təmin edəcək
Çörək tox tutar, iştah kontrolunu tənzimləyər!

Çörək acıma , toxluq hissi yaradar və qan şəkərinizi tənzimləyər. Çörək yeyərək şirniyyat ehtiyacınızı da qarşılamış olarsınız. Tam taxıllı çörək li pəhriz zamanı acımağı gecikdirir, uzun müddət tox qalmağnızı təmin edir

Çörək çəki aldırmaz, verdirər!

Tam taxıllı çörəklər yağ nisbətinizi salaraq çəki idarəsinə köməkçi olar və Maddələr mübadiləsi sürətinizi yavaşlamağına mane olar. Yəni bu çörəklər çəki qazandırmaz əksinə zəifləməyə kömək edər. Pəhrizinizdə tam taxıllı çörək istifadə etməyiniz dönməz çəki verməyinizi təmin edər. Daimi tam buğda, çox taxıllı, yulaf və çovdar çörəkləri istifadə qarın ətrafı yağlanılmasını azaldar. Kalorisi aşağı bir qida olan çörək çox qısa müddətdə enerji metabolizmasına qatılıb enerjiyə çevrilər.

Çörək, kilo itirərkən dəri elastikliyini qoruyur

Tam taxıllı, tam buğda və çovdar çörəyin glisemik indeksi aşağı və pəhriz lif yüksək olduğundan zəifləmə pəhrizlərində mütləq olmalıdır. Ayrıca çörək kilo itirərkən dəri elastikiyini qorumağa köməkçi olar.

Yeməyinizi çörəklə başlayın, formada qalın!

Karbohidrat qaynağı bir qida olan çörəyin həzmi ağızda başlayar və çox daha qısa müddətdə beyinə toxluq siqnalları ötürər. Yeməyinizə 1 parça çörəyi çeynəyərək başlayın. Beləcə daha idarəli bir yemək yeyərək tez zamanda toxluq hiss edərsiniz.

Çörəyin faydaları bu qədər də deyil!

Çörəyin faydaları həqiqətən də saymaqla bitmir. Tam taxıllı çörəkləri yalnız kilo vermək və formada qalmaq üçün deyil sağlam qalmaq, sağlamlığımızı qorumaq üçün də istifadə etməliyik. Çörəyin sağlamlığınıza nə təsiri olacaq? Budur sağlamlığımız üçün bir xəzinə kimi olan tam taxıllı çörəklərin faydaları:

Stressin qarşısını alar, depressiyaya qarşı uyğunluğu azaldar.
Maya və lif məzmunu sayəsində həzm sisteminizin nizamlı işləməsini təmin edər.
Mədə sağlamlığınız üçün qoruyucu bir qidadır.
Bitki mənşəli qaynaqlı olduğu üçün xolistirol yaratmaz. Qandakı xolistirol səviyyəsinin idarəsinə köməkçi olar.
Tam taxıllı çörəklər B12 istisna olmaqla, bütün B qrupu vitaminlərinin əsas qaynağı olduğu üçün tiroit narahatlığı olanlar üçün ən ideal qidadır.
Tam taxıl çörəyində iştirak edən B qrupu vitaminlər maddələr mübadiləsidə açar rol oynayarlar.
Qan dövran pozuqluğu və yüksək təzyiq xəstəliklərinə qarşı təsirlidir.
Kolon xərçəngi və hemoroid xəstəliklərinə qarşı qoruyucu təsiri vardır.
Çörək; qandakı turşu miqdarını nəzarət altına almağa köməkçidir.
Antioksidan tərkibi yüksəkdir.
Çörək yemək bədənimizin iqtisadi yoldan enerji ehtiyacını qarşılayar.

İnterpress.az